Prezident: "Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir"

altAzərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və deyə bilərəm ki, artıq Azərbaycan dünya miqyasında tolerantlıq mərkəzi kimi tanınır. APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonuna səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir və bu tədbirlər böyük dərəcədə diqqəti cəlb edir.

“Tədbirlərin keçirilməsi özlüyündə vacib bir hadisədir. Eyni zamanda, o konfranslarda, forumlarda səslənən fikirlər, hesab edirəm ki, dünyada proseslərin müsbət istiqamətdə getməsinə xidmət göstərir. Əfsuslar olsun ki, müxtəlif yerlərdə - Avropada, Orta Şərqdə, müxtəlif bölgələrdə dini və milli dözümsüzlük hökm sürür. Bu, zəmanənin mənfi əlamətidir və bu proseslər kəskinləşir. Yəni, əfsuslar olsun ki, dünyada qarşıdurmaya aparan bəzi siyasətçilərin, siyasi qrupların fəaliyyəti fəlakətlərə gətirib çıxarır. Bunu biz indi izləyirik. Bu gün biz internet dövründə yaşayırıq, hər bir məlumatı televiziya vasitəsilə əldə etmək üçün bütün imkanlar var. Əlbəttə ki, bu, bizi çox narahat edir və üzür. Çünki belə olmamalıdır”.