Gürcüstanda müdiri azərbaycanlı olan bank yarılıb

Bu gün səhər saatlarında “Privat Bank”ın Marneuli şöbəsi silahlı maskalılar tərəfindən qarət edilib.


Faktı bankın müdiri İsfəndiyar Məmmədov da təsdiq edib. Onun sözlərinə görə, hazırda hadisə yerində kriminal polis araşdırma aparır.

O, açıqlamasında polis tərəfindən dindirildiyini bildirib.

“Bankı 2 maskalı şəxs yarıb. Bankın işçisi olan xanım səhər qapını açıb içəri daxil olandan 3-4 dəqiqə sonra 2 maskalı şəxs ona silahla hədə-qorxu gəlib pulları aparıb. Hələlik nə qədər pul aparıldığını hesablamamışıq”, - deyə İ. Məmmədov vurğulayıb.