Bakıda avtomobilə atəş açan şəxs saxlanıldı

alt

Biləcəri qəsəbəsi ərazisində yük avtomaşınına atəş açmış şəxs saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 6-da Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Əli Abdullayev xuliqanlıq zəminində Bakı şəhər sakini Elşən Soltanova məxsus "Mercedes" markalı yük avtomaşını istiqamətində ov tüfəngindən 3 dəfə atəş açıb. Nəticədə avtomaşının şüşələri sınıb, xəsarət alan olmayıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Abdullayev saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olan "Ata Arms NEO 12" markalı ov tüfəngi götürülüb.