Mixail Saakaşvili Gürcüstan müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib

Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, prezidentin rəsmi "Facebook" səhifəsində yer alan təbrikdə deyilir: “Hörmətli vətəndaşlar, sizi müsəlman dünyasının ən önəmli bayramlarından biri – Ramazan bayramı münasibəti ilə təbrik etmək istəyirəm. Bu gün dünyanın bir çox ölkələrində müsəlmanlar orucluğun bitməsini qeyd edir və yaxşı gələcək üçün dua edir. Bu önəmli bayrama qoşuluram və Gürcüstan müsəlmanlarını təbrik edirəm”.