Şadlıq evinin qarısında avtoqəza; ölən var

alt

Avqustun 3-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonu ərazisində ağır yol qəzası baş verib. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, Əmircan qəsəbəsində, “Əfsun” şadlıq evinin yaxınlığında “BMW” markalı avtomobil ilə “VAZ 2106” toqquşub. Qəza nəticəsində hər iki avtomobili ciddi ziyan dəyib və “VAZ 2106”-nın sürücüsü hadisə yerindəcə keçinib.

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində ölən şəxs 1977-ci il təvəllüdlü Qasımov Ramil Tahir oğludur. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.