Gürcüstanda azərbaycanlı məmurun kabinetinə basqın oldu

alt

Gürcüstanın Bolnisi rayon İcra Hakimiyyəti (İH) başçısının azərbaycanlı müavininin kabinetinə basqın olub.
Bu gün səhər saatlarında 30-a yaxın şəxs İH başçısının müavini Xaləddin İsmayılovun kabinetinə daxil olaraq otağı dağıdıb, onun, azərbaycanlıların ünvanına təhqiramiz ifadələr səsləndiriblər. X. İsmayılov açıqlamasında hücum edənlərin hamısının gürcü olduğunu bildirib.

Onun sözlərinə görə, həmin şəxslər onun Gürcüstanın yeni hökuməti ilə çalışmasına etirazlarını bildirib, bu vəzifədən getməsini tələb ediblər.

Vəzifəyə yeni hökumətin vaxtında təyin olunan X. İsmayılov faktla bağlı rayon Prokurorluğuna müraciət etdiyini deyib. O, bu gün Gürcüstanın baş naziri Bdzina İvanişvilinin qəbuluna gedib, onu məlumatlandıracağını da açıqlayıb.