Güclü yağış Gürcüstanın Kaxeti bölgəsinin Laqodexi rayonunda fəsadlar törətmişdir

altGüclü yağış Gürcüstanın Kaxeti bölgəsinin Laqodexi rayonunda ciddi fəsadlar törətmişdir.
Sel suları Qabal çayının daşmasına səbəb olmuş və çayətrafı kəndləri, o cümlədən azərbaycanlılar yaşayan Qabal kəndinin əkin sahələrini basmışdır. Yerli sakinlərin dediklərinə görə, 100 hektaradək əkin sahəsi sel sularının altında qalmış və məhsul tamamilə məhv olmuşdur. Onlar dörd ay əvvəl də Qabal çayının daşıb həmin sahəni basdığını və yerli hakimiyyət orqanlarına məlumat verilsə də, tədbir görülmədiyini qeyd etmişlər.