Gürcüstanın Baş naziri Ramazan ayı münasibətilə ölkə müsəlmanlarının nümayəndələri ilə görüşmüşdür

altGürcüstanın Baş naziri Bidzina İvanişvili Ramazan ayı münasibətilə Tbilisidəki iqamətgahında ölkə müsəlmanlarının nümayəndələrini qəbul etmişdir.
Baş nazir demişdir: “Ramazanın hər bir müsəlman üçün nə qədər vacib olduğunu yaxşı bilirəm. Onu da bilirəm ki, bu ay ərzində siz çox böyük həvəslə ibadətlər edir, imkansızlara, xəstələrə, kimsəsizlərə yardım göstərirsiniz. Dinlərimiz ayrı olsa da, biz qardaşıq. Məhz bu müxtəliflik ölkəmizin zənginliyidir, onsuz vətənimizin mövcudluğu mümkün deyildir. Bizim bir vətənimiz vardır və əminəm ki, sizin hər biriniz Gürcüstanın rifahı, yüksəlişi üçün öz xidmətlərinizi göstərirsiniz”.
Bidzina İvanişvili müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək onlara mənəvi rahatlıq və xoşbəxtlik, sülh və əmin-amanlıq arzulamışdır.