Gürcüstanın Batumi şəhərində 16 yaşlı qızın öldürülməsi ilə əlaqədar cinayət işi açılıb

altBatumi şəhərinin bulvarında bu gün 16 yaşlı qızın, Mariam Koçalidzenin cəsədi aşkar edilmişdir. Bilərəkdən qətl məcəlləsi üzrə cinayət işi açılıb. Bildirilir ki, qız dünən itib və ailəsi onu bütün gecə axtarıb.
DİN 16 yaşlı qızın ölümündə şübhəli şəxsin təsvirini dərc edib və bu işlə əlaqədar bəyanat yayıb. Biz onu dəyişmədən təqdim edirik:
"Cinayəti törədən şübhəli şəxs dünən axşam saat 7-7:30 radələrində yeni bulvarın sonundan təxminən 100 metr aralığında tünd rəngli bir taksi dayandırdı və hadisə yerindən qaçdı.
Şübhəli qatilin təsviri: 40-45 yaşlı kişi, hündürlüyü 180-185 sm, orta çəkili, orta uzunluqda qara düz saçlı, qara qaşlı, qara kiçik gözlü, başı və üzü usunsov formada, düz və uzunsov burnu, nazik dodaqlı, yumru, azca qabağa çəkilmiş çənəsi, tünd qəhvəyi dərisi, qırıq gürcü dilində danışır, çox hallarda lal təqlid edir.
Əyninə qara rəngli, qısa qollu köynək, üstündən narıncı rəngdə qolsuz yağışlıq, mavi və ya qara dar cins şalvar geyib, qara rəngli gözlük taxır, özü ilə qara rəngli bel çantası və qəhvəyi rəng əl çantası gəzdirir.
Daxili İşlər Nazirliyi taksi sürücüsünü istintaqa yardım etmək üçün dərhal çağırır və Acariyanın   DİN-in  Baş Bölməsinə gəlsin," - DİN-in bəyənatında deyilir.