“Təməli qoyulan yaşayış binası iki il sonra istifadəyə veriləcək”

alt

Bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan jurnalistlər üçün yeni yaşayış binası iki ildən sonra istifadəyə veriləcək.

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, bu binada tək jurnalistlər deyil, qəzet, televiziya və digər redaksiyaların heyətləri də mənzillə təmin oluna biləcəklər.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan dövləti mediaya hər zaman diqqət və qayğı göstərir: “Bu proses bundan sonra da davam edəcək. Bu gün jurnalistlər üçün istifadəyə verilən bina bu qayğının bariz göstəricisidir”.