Avropa Parlamenti Azərbaycan üzrə seçki monitorinqini dayandıracaq

altAzərbaycan bu həftənin əvvəli öz müstəqil tarixində mühüm məqama çatıb. Belə ki, Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxardığı elan edilib.

Bunu Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri, Avronest PA-nın vitse-prezidenti Elxan Süleymanov deyib.

E.Süleymanov hesab edir ki, bu xəbər 2013-cü ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində böyük bir andır:
"Avropa İttifaqı yarandığı vaxtdan etibarən bir çoxları tərəfindən demokratik inkişafın zirvəsi kimi simvolizə edilən beynəlxalq təşkilat olub. Onun Parlamenti 27-dən artıq (hazırda 28) ölkədən demokratik yolla seçilmiş orqan kimi Avropa Komissiyası ilə birlikdə dünyada demokratiyanın vəziyyətinin monitorinqi sahəsində çox iş görür. O, ötən on il ərzində Avropa İttifaqı nöqteyi-nəzərindən demokratiya yolunda "problemləri" olan ölkələrə 100-dən artıq seçki müşahidə missiyası reallaşdırıb".