Gürcüstan Azərbaycan Dövlət Neft Şirkətinin Acarıstanda fəaliyyətinin genişləndirilməsində maraqlıdır

altAzərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Gürcüstanın Acarıstan Muxtar Respublikasının başçısı Arcil Xabadze ilə görüşüb.


R.Abdullayev Gürcüstanla Azərbaycan arasında ictimai həyatın bütün sahələrində dostluq və strateji tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu bildirib, ARDNŞ-in ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib. ARDNŞ prezidenti son illərdə Gürcüstanın regionlarında gerçəkləşdirilən layihələrin ikitərəfli əlaqələrin inkişafında xüsusi önəm kəsb etdiyini vurğulayıb.


Öz növbəsində A.Xabadze Qafqazın ən böyük şirkəti olan ARDNŞ-in Gürcüstandakı fəaliyyətindən məmnunluğunu ifadə edib və şirkətin fəaliyyətinin Acarıstanda daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.


Görüşdə hazırda həyata keçirilən və planlaşdırılan layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu vurğulanıb, bu imkanların gerçəkləşdirilməsi istiqamətində səylərin artırılması zərurəti qeyd edilib.