Güclü dolu Gürcüstanın Kaxeti bölgəsinə ciddi ziyan vurmuşdur

Güclü küləklə müşayiət olunan və təqribən 20 dəqiqə ərzində yağan dolu Gürcüstanın Kaxeti bölgəsindəki Axmeta rayonunun Pankisi dərəsindəki 10 kəndə ciddi ziyan vurmuşdur.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, onlarla evin dam örtüyü yararsız vəziyyətə düşmüş, əkin sahələrinə, meyvə bağlarına və üzüm plantasiyalarına ciddi ziyan dəymişdir.
Hazırda külək və dolunun fəsadlarının aradan qaldırılması üçün tədbirlər görüldüyü bildirilir.