Gürcüstanda matəm elan olunub

Gürcüstan prezidentinin qərarına əsasən,  Əfqanıstanda terror aktı nəticəsində 7 gürcü hərbçinin ölümü ilə əlaqədar,  iyunun 7-i respublikada matəm günü elan olunub.

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəyə və həlak olanların ailələrinə başsağlığı verib.

Matəmlə əlaqədar iyunun 7-də ölkədə dövlət bayraqları aşağı endirib.

Xatırladaq ki, iyunun 6-da Əfqanıstanın Hilmənd əyalətində terrorçu-kamikadze gürcü hərbi kontingentinin bazasında yük maşınında quraşdırılmış partladıcının  işə salması nəticəsində 7  hərbçi həlak olub, 9 əsgər yaralanıb.