Ata 17 yaşlı qızını küçələrə atdı - Şamaxıda

alt

Azərbaycanda daha bir valideyn övladından imtina edərək, onu küçələr atıb. Azərbaycan Uşaq Birliyinin sədri Kamala Ağazadənin verdiyi məlumat görə, hadisə Şamaxı rayonunda baş verib: “İmtina edilən qız Samaxı rayon sakinidir. Onun 17 yaşı var. Olaya səbəb ailə münaqişəsidir. Qızın hər iki valideyni yenidən ailə qurub. Qız atanın yanında qalıb. Amma qız ailəsi tərəfindən fiziki zorakılığa məruz qaldığından evdən qaçıb”.

K.Ağazadə bildirib ki, qız evdən qaçdığından ata övladına qarşı sərt qərar verib: “Bundan sonra ata qızına sahib çıxmayıb. Ata rəsmi olaraq, qızından imtina edib. İşə polis qarışıb. 17 yaşlı qızı dünən sənədlərilə birlikdə mən qəbul etdim”.