İki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

alt

Bərdədə yol nəqliyyat hadisəsi baş verib. Rayonun Mirzalıbəyli kəndi ərazisində baş vərən hadisədə 2 minik maşını toqquşub. 

Hadisə zamanı hər iki avtomobilin sürücüsü və sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar təcilli tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hər 3 yaralının vəziyyəti orta ağırdır. Qəzanın səbəbləri rayon polis şöbəsində araşdırılır.