Gürcüstan Müdafiə Nazirliyinin nümayəndəsi azərbaycanlı əsgərlərlə görüşüb - FOTO
B. Qasımov APA-ya açıqlamasında mütəmadi olaraq hərbi hissələrdə xidmət edən azərbaycanlı əsgərlərlə görüşdüyünü və belə tədbirlərin müsbət nəticə verdiyini bildirib: “Ən başlıcası odur ki, azərbaycanlı gənclər hiss edirlər ki, bütün məsələlərdə nazirlik onların arxasında durur və onların bütün problemlərini həll edir. Nazirliyimizin silahlı qüvvələrdə xidmət edən etnik azlıqlarla görüş proqramı fəaliyyətdədir və biz bunu həmişə həyata keçirir, əsgərlərimizi narahat edən problemləri dinləyir, eyni zamanda bu problemləri və təklifləri bir raport şəkilində yazıb rəhbərliyə bildirir, onların həllinə çalışırıq. Azərbaycanlı əsgərlər hərbi xidmətə həvəslə gedir, hətta bir neçə əsgər hərbi xidmət müddəti başa çatdıqdan sonra Gürcüstan Silahlı Qüvvələrində xidmət etmək istədiyini bildirib. Sevindirici haldır ki, onların əhval-ruhiyyəsi yüksəkdir.”