Bakıda tutulan seksual manyak sərbəst buraxıldı- FOTO

alt

Hövsanda qadınlara qarşı seksual xarakterli hərəkətlər törədən Əhmədov Hacıbaba Bayram oğlu istintaqda ilkin ifadə verib. 

O, ifadəsində seksual xarakterli hərəkətlər etdiyini etiraf edib. 

Qadınları arxadan qucaqladığını təsdiq edən Əhmədov ictimai nəqliyyat vasitələrində onların şəkillərini çəkdiyini təsdiqləyib. Faktla bağlı Suraxanı rayon Polis idarəsinin İstintaq şöbəsində, Cinayət Məcəlləsinin 221 - xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Lakin tibbi müayinə zamanı təqsirləndirilən şəxsin psixoloji durumunda problemlərin olduğu nəzərə alınaraq, o, sərbəst buraxılıb. 

Xatırladaq ki, Hacıbaba Əhmədovun hərəkətləri barədə Suraxanı rayon 30-cu polis bölməsinə 5 ərizə daxil olub. 

Ümumilikdə isə onun əməlindən 8 nəfər şikayət edib. Bölmənin baş təhqiqatçı Emin Məmmədovun sözlərinə görə, vətəndaşlar şikayətlərində təqsirləndirilən şəxsin Hövsan qəsəbəsində onlara qarşı seksual hərəkətlər etdiyini bildiriblər. Hacıbala Əhmədov Hövsan qəsəbəsində orta məktəbin həyətində var-gəl edərkən yaxalanıb.