Gürcüstanda baş vermiş avtomobil qəzasında bir ailənin dörd üzvü həlak olmuşdur

altKutaisi şəhərində yüngül minik maşını ilə yük avtomobili toqquşmuşdur. Qəza nəticəsində minik maşınındakı bir ailənin 4 nəfər üzvü həlak olmuşdur. Xəsarət alan iki nəfər isə xəstəxanaya yerləşdirilmişdir.
Həkimlər yaralıların vəziyyətinin hələlik normal olduğunu bildirirlər. İlkin məlumata görə, qəzaya minik avtomobilinin yüksək sürətlə idarə edilməsi səbəb olmuşdur.
Hadisə ilə əlaqədar cinayət işi açılmışdır, araşdırma aparılır.