Azərbaycan ilə Gürcüstan, Belçika Krallığı, Koreya Respublikası arasında təhsil sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Belçika Krallığının ölkəmizdəki səfiri xanım Karen Petit, Koreya Respublikasının Bakıdakı səfiri Çoi Suk-İn ilə ikitərəfli görüşlər keçirmişdir.
Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşlərdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmış, tələbə mübadiləsi, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir.