Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi imkansız ailələrə qurban sovqatı paylamışdır

altGürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində imkansız ailələrə Qurban sovqatı paylamışdır.
İlk hədiyyə Marneuli rayonunun Gürcüstan-Ermənistan sərhədində yerləşən kəndlərin sakinlərinə verilmiş, ümumilikdə rayonun yeddi yaşayış məntəqəsində təxminən 500 ailəyə Qurban sovqatı çatdırılmışdır.
Mədəniyyət mərkəzinin rəhbəri Fazil Həsənov sakinləri müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək demişdir ki, borçalılara daim qayğı və dəstək göstərən Prezident İlham Əliyevin seçkilərdə növbəti parlaq qələbəsi hamını sevindirmiş və sözün həqiqi mənasında bayram bayrama qarışmışdır. F.Həsənov borçalılar adından Azərbaycan Prezidentinə yeni-yeni uğurlar arzulamışdır.