Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Sadaxlı kəndinə qaz verilib

altAzərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdə olub.Rövnəq Abdullayev soydaşlarımızın kompakt yaşadığı, Ermənistanla sərhəddə yerləşən və 13 min əhalisi olan Sadaxlı kəndində qaz çəkilişinin açılışını həyata keçirib.Tədbirdə Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Kaxa Kaladze, ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, baş nazirin köməkçisi Savalan Mirzəyev, Gürcüstan parlamentinin deputatları, Marneuli rayon rəhbərliyi və digər rəsmi şəxslər iştirak edib. Sadaxlı kəndinin mərkəzində Rövnəq Abdullayev və Kaxa Kaladze məşəli alovlandırıb. Sonra Sadaxlıya verilən ilk qaz kənd sakini Kamal Abdullayevin evində yandırılıb.Tədbirdən sonra kənd sakinlərinin problemləri ilə maraqlanan Rövnəq Abdullayev Sadaxlının sosial şəraitinin daha da yaxşılaşacağını qeyd edib və sakinlərin kəndin daxili yollarına asfalt örtüyü çəkilişi xahişinin də həyata keçiriləcəyini vurğulayıb.