“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi peşə bayramı günü münasibətilə oktyabrın 13-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə tər çiçəklər düzülmüşdür.