Ankarada iğtişaşlar təşkil etməkdə ittiham olunan 23 nəfər həbs edilib

altTürkiyənin paytaxtı Ankarada İstanbulun Taksim meydanında etiraz aksiyalarına dəstək vermək üçün nümayişlər təşkil edərək iğtişaşlar törətməkdə təqsirləndirilən 23 nəfər həbs edilib. 

Həbs edilənlər məhkəmə iclasınadək ümumi rejimli koloniyada saxlanılacaqlar.

Daha əvvəl verilən məlumata görə, Türkiyədə etiraz aksiyaları zamanı 944 nəfər saxlanılıb.