Gürcüstan dağlarında itkin düşmüş xorvatiyalı alpinistin cəsədi 39 ildən sonra tapılmışdır

1974-cü ildə Gürcüstanın yüksək dağlıq bölgəsi Svanetidəki Uşba zirvəsinə qalxmış məşhur xorvatiyalı alpinist Nenad Çuliç dəniz səviyyəsindən 3 min metr hündürlükdəki buzlaqda itkin düşmüşdü.
Gürcüstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentindən verilən məlumata görə, 2013-cü il avqustunda həmin buzlaqdan tapılmış cəsədin 39 il əvvəl itkin düşmüş xorvatiyalı alpinistə məxsus olduğu təsdiqlənmişdir.
Müəyyən hüquqi prosedurlar keçirildikdən sonra cəsəd və alpinistin şəxsi əşyalarının həyat yoldaşına veriləcəyi bildirilir.