Jurnalist sərbəst buraxıldı

alt

“Turan”ın müxbiri Hafiz Babalı sərbəst buraxılıb. Aparıldığı Abşeron rayon Polis İdarəsində polis zabiti onun nə üçün saxlanması ilə maraqlanıb. Bunun cavabında jurnalisti saxlayan polis əməkdaşları H.Babalının çəkiliş apararaq onlara mane olduğunu bildirib.

Polis zabiti çəkiliş aparmağın onun işi olduğunu deyərək insident iştirakçılarının harda olması ilə maraqlanıb. Bu sualin cavabında polis əməkdaşları jurnalistin onları saxlamağa mane olduğunu iddia edib.
H.Babalı ilə qısa söhbətdən sonra o sərbəst buraxılıb.