Azərbaycan və Gürcüstan arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

altAzərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. 

Qonağı səmimi salamlayan Xidmət rəisi F.Nəbiyev ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, Dövlət Miqrasiya Xidmətinın yaranması, fəaliyyəti, qarşıya qoyulan məqsədlər və qısa müddət ərzində görülmüş işlər, əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, ölkənin Miqrasiya Məcəlləsinin qəbulu haqqında bəhs edən DMX rəisi bildirib ki, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir.