Prokurorluqdan “Lotu Quli”yə zərbə

alt

 
Rusiyanın Yekaterinburq şəhərində mer seçkilərində qalib gəldiyi bildirilən və kriminal aləmlə yaxınlığı iddia edilən Yevgeni Royzmanın qələbəsi prokurorluq tərəfidən şübhə altına alınıb. Prokurorluq azərbaycanlı “qanuni oğru” Lotu Qulinin adamı kimi tanınan Royzmanın qələbəsinin təsdiqlənməsi barədə Şəhər Dumasının qərarının qanunsuz olduğunu elan edib.

Prokurorluğun məlumatına görə, Şəhər Dumasının iclasında yetərsay olmadığından Royzmanın bu vəzifəyə təsdiqlənməsi qanuni hesab edilə bilməz. Buna görə də prokurorluq qayda pozuntularının aradan qaldırılması və yeni iclasın keçirilməsini tələb edib. Yeni seçilən mer özü isə prokurorluğun qərarından narahatlığını dilə gətirib. Royzman bildirib ki, bu barədə qərarı prokurorluq yox, məhkəmə verməlidir.