Baş redaktorun məhkəməsi başlayır

alt

Oktyabrın 2-də səhər saat 11.00-da “Nota Bene” qəzetinin və “Psnota.com” xəbər saytının baş redaktoru Sərdar Əlibəylinin məhkəmə prosesinə hazırlıq iclası keçiriləcək. 

Bu barədə məlumatı S.Əlibəylinin vəkili Samir İsayev verib. Xətai rayon Məhkəməsində keçiriləcək məhkəmə prosesində işə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq. 

Xatırladaq ki, baş redaktor Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xuliqanlıqda ittiham olunur.