“QAZ-52“nin vurduğu uşaq bağçadan qaçmışdı? - Video

alt

Yük maşınları yollarla bərabər, insanların da axırına çıxır. Qərb bölgəsində, daha dəqiq Ağstafa rayonunda yük maşını 4 yaşlı uşağı vurub öldürüb. Düzdür, qəza şahidləri bir-birinə əks arqumentlər gətirirlər. Məsələn, qəza törədən sürücünün atası uşağın bağçadan qaçdığını, bağça tərbiyəçiləri isə əksinə evdən qaçarkən onu maşın vurduğunu iddia edirlər. Bütün hallarda ortada ağır qəza var. Özü də ölümcül qəza. Üstəlik hadisəni törədən yük avtomobilidir. 

Sentyabrın 28-də Ağstafa rayonunun Yaradullu kəndində 4 yaşlı Zaurun ölümü ilə nəticələnən qəzada sürücünün səsləndirdiyi bu iddianı araşdırmaq üçün kənd bağçasına üz tutduq. Tatlı inzibati ərazi dairəsinin tərkibində yerləşən Yaradullu bağcasının işci heyəti 4 yaşlı Zaurun bağcaya gəldiyini desələr də, hadisənin baş verdiyi gün, yəni şənbə tədris müəssisəsində uşaqların olmadığını bidirdilər. Zaurun tərbiyəçisi Rahilə Haciyeva körpənin evdən qacaraq kücəyə cıxdığını deyir.

Rəhilə Hacıyevanın sözlərinə görə, avtomobil qəzasında dünyasını dəyişən körpənin anası analıq məzuniyyətində olsa da, bu bağçada tərbiyəci kimi işləyir. Bağca müdirəsi isə Zaurun bibisidir.

4 yaşlı Zaur Əhmədovu Tatlı kənd sakini Cabir Əsgərov idarə etdiyi “Qaz 52” markalı yük maşını ilə vurmuşdu.
Faktla bağlı Ağstafa rayon polis şöbəsinin istintaq bölməsində cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işinə başlanılıb .

Fakti araşdıran müstəntiq Amil Tağıyev hazırda məhkəmə tibbi ekspertizasının rəyini gözlədiklərini bildirdi. Elə hüquqi qiymət də ekspertizanın rəyindən sonra veriləcək.