Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edəcək gürcü hərbçilər Tbilisi Cümə məscidinə gəlmişlər

altGürcüstan Müdafiə Nazirliyinin Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak edəcək 21-ci batalyonunun üzvləri yola düşməzdən əvvəl Tbilisidəki Cümə məscidində dindarlardan İslam mövzusunda məlumat almışlar.
Hərbçilərlə birlikdə məscidə Gürcüstanın müdafiə naziri İrakli Alasania və bu qurumun məsul əməkdaşları da gəlmişlər.
İrakli Alasania jurnalistlərə əfqanlarla münasibətlərin qurulmasında din və adət-ənənəni bilməyin vacib məsələ olduğunu demişdir.
Hərbçi Zaza Arabuli əmin olduğunu bildirmişdir ki, İslam dini barədə hərbçilərin aldıqları məlumat yerli əhali ilə yaxşı münasibətlər yaradılmasında onlara yardım edəcəkdir.
21-ci batalyonda xristianlarla yanaşı, müsəlman hərbçilərin də xidmət etdikləri bildirilir.