Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə “ETERNITY-2013” kompuyter dəstəkli komanda-qərargah təlimi keçirilir

Sentyabrın 23-dən başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə “ETERNITY-2013” kompyuter dəstəkli komanda-qərargah təlimi keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə nazirliyin idarə rəisləri, NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti, ABŞ-ın hərbi dəniz, Türkiyənin və Gürcüstan Silahlı Qüvvələrinin hərbi attaşeləri iştirak edirlər.