Direktor və müəllimlər attestasiyadan keçiriləcək
Təhsil Nazirliyi müəllimlərin və direktorların attestasiyadan keçirilməsi məsələsinə aydınlıq gətirib.
Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, pedaqoji kadrların peşəkar inkişafı və stimullaşdırma ilə əlaqədar müəllimlərin, o cümlədən rəhbər heyətin attestasiyası “Azərbaycan təhsilinin inkişafı üzrə milli starategiya”da nəzərdə tutulub. Sənəd təsdiq və tətbiq edildikdən sonra müvafiq mexanizmlər yaradılacaq və bu istiqamətdə işlərə başlanacaq.