Gürcüstan parlamentinə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

Gürcüstan polisi parlament binasına bomba qoyulması barədə yalan məlumat verən şəxsi saxlanılıb. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Xaşuri rayonunun sakini etdiyi anonim zəngdən 3 saat sonra evinin yaxınlığında saxlanılıb. O öz günahını etiraf edib.

17 yaşlı gənci 3 ilədək həbs cəzası gözləyir.