Bakı- Sumqayıt yolunda bədbəxt hadisə; iki ölü - Foto

alt

Bakı- Sumqayıt yolunda, Gənclər şəhərciyinə çatmamış ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Şaqman” markalı yük avtomobili yolu keçmək istəyən iki piyadanı vurub. Onlar aldıqları zərbədən hadisə yerindəcə dünyalarını dəyişib. Ölən şəxslərin ata və oğul olduqları bildirilir. Əraziyə polis əməkdaşları gəlib. Hazırda araşdırma aparılır.

Hadisə yerində olan əməkdaşımız məlumat verir ki, sakinlər bu yolda tez- tez piyadaların ölümünə səbəb olan yol-nəqliyyat hadisələrinin olduğunu bildirir.

alt