AFFA-nın baş katibi beynəlxalq təyinat alıb

alt

AFFA-nın baş katibi Elxan Məmmədov beynəlxalq təyinat alıb. 

Avqustun 30-da, Çexiyanın paytaxtı Praqa şəhərindəki Eden stadionunda keçiriləcək UEFA Super Kuboku uğrunda oyunun UEFA nümayəndəsi Elxan Məmmədov olacaq.

Super Kubok uğrunda oyunda Çempionlar Liqasının son qalibi "Bayern" (Münxen, Almaniya) və ötən mövsüm UEFA Avropa Liqasında ən yüksək nəticəyə imza atmış "Çelsi" (London, İngiltərə) klubları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.