Məşhur futbolçu intihar etdi

alt

Məşhur rumın futbolçusu və məşqçisi Kostike Ştefenesku Buxarestdəki hərbi hospitalın 5-ci mərtəbəsindən özünü aşağı ataraq intihar edib. 

Kostike Ştefenesku xərçəngin ağır formasından əziyyət çəkirmiş. Xəstəxanaya daxil olmamışdan əvvəl o Almaniyada uğursuz müalicə kursu keçib. 

Rumıniyanın üçqat çempionu, ölkə Kubokunun beşqat sahibi olan Ştefenesku 1977-1985-ci illərdə milli yığmanın tərkibində çıxış edib. 1986-cı ildən 2012-ci ilədək “Styaua”, “Politexnik” və “Universitati” klublarının baş məşqçisi olub.