Yığmamız Gürcüstanla qarşılaşacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq planı bəlli olub. Apasport.az-ın məlumatına görə, AFFA-nın rəsmi saytı yığmanın növbəti təlim-məşq toplanışları və yoxlama oyunlarının vaxtını açıqlayıb.

Millimiz sentyabrın 18-dən 23-dək Bakıda, ayın 24-dən 28-dək isə Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesi çərçivəsində Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyunu baş tutacaq. Bu matçların sentyabrın 25-də və 27-də keçirilməsi nəzərdə tutulub.