Ançelotti "Real"a keçidinə görə PSJ-yə 2 milyon avro ödəməyə hazırdır

Fransanın PSJ klubu müqavilənin vaxtından əvvəl pozulmasına görə 4 milyon avro əldə edərsə, klubun baş məşqçisi Karlo Ançelotti "Real"a rəhbərlik edə biləcək.

53 yaşlı məşqçi artıq bu məbləğin yarısını öz üzərinə götürməyə hazır olduğunu bildirib. Qalan iki milyon avronu isə Madridin "Real" klubu ödəyəcək.

Tərəflər danışıqları bu həftənin sonuna kimi yekunlaşdırmaq niyyətindədir. Belə olan halda Ançelotti öz ad günündə, iyun ayının 10-da "Real"ın baş məşqçisi kimi ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, daha əvvəl PSJ-nin idman drektoru Leonardo bildirmişdi ki, klub Ançelottini baş məşqçi postunda saxlamaq niyyətindədir.