İspaniyalı futbolçu: “Simurq”la heç-heçə biabırçılıqdır”

"Xəzər Lənkəran”ın ispaniyalı futbolçusu Alvaro Silva komandasının Topaz Premyer Liqasındakı startını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi ilk turda “Sumqayıt”la heç-heçədən sonra “Simurq”la görüşdə də xal itirilməsini bağışlanmaz sayıb.


2 turdan sonra hesabında 2 xal olan cənub təmsilçisinin arxa xətt futbolçusu III turun “Qarabağ”la avqustun 18-dəki səfər oyununda qələbənin vacibliyini vurğulayıb: “Son oyunumuzdakı 0:0 hesabı biabırçılıqdır. Biz ona görə qalib gələ bilmədik ki, buna layiq deyildik. Artıq başqa çıxış yolumuz yoxdur: oyunumuzu təkmilləşdirib növbəti turda qələbə qazanmalıyıq”.