AFFA “Qarabağ” və “Qəbələ” klublarını cərimələyib

AFFA İntizam Komitəsi “Qarabağ” və “Qəbələ” klublarını cərimələyib.

 Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, buna iki komanda arasında aprelin 9-da keçirilmiş Azərbaycan Premyer Liqasının XXV tur matçı başa çatdıqdan sonra baş verənlər səbəb olub.

Həm “Qarabağ”, həm də “Qəbələ” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün onların klubları hərəyə 800 manat ziyana düşüb.

Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0.