Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib

 Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

"Dalga tv"nin məlumatına görə, açılış oyununda "Sumqayıt" "Neftçi"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 60-cı dəqiqədə Bəxtiyar Həsənalızadə, 63-cü dəqiqədə isə Amil Yunanov vurub.

Bu qələbə sayəsində "Sumqayıt" xallarını 28-ə çatdıraraq, "Neftçi"ni keçib və 5-ci pilləyə yüksəlib. Flaqman isə 26 xalla 6-cı pilləyə enib.