“Bakı” uduzdu, “Neftçi” qələbə qazandı
Dünən Topaz Premyer Liqanın II turuna start verilib.
Ilk oyun günündə iki qarşılaşma keçirilib.
Hər iki qarşılaşma Bakıda baş tutub. İlk turda uduzan "Bakı" bu dəfə AZAL-a minimal hesablı məğlub olub.
İlk turu xalsız başa vuran "Rəvan" isə bu dəfə çempion "Neftçi"yə buraxdığı iki cavabsız qolla yenilib.
Qeyd edək ki, bugün keçiriləcək üç oyunla tura yekun vurulacaq.
Topaz Premyer Liqası
II tur
10 avqust
AZAL – “Bakı” - 1:0
QOL: Viktor İqbekoi, 27
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Yaşar Abbasov, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov
AZAL Arena stadionu
“Rəvan” – “Neftçi” - 0:2
QOLLAR: Bahodir Nasimov, 15; 86
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elşən Acalov, Ramil Əhmədov
Bayıl Arena stadionu