Azərbaycan Lüksemburqla heç-heçə edib: 1-1

Bu gün futbol üzrə "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 7-ci matçına çıxıb.

Berti Foqtsun komandası doğma meydanda Lüksemburq yığmasını qəbul edib.

Səfərdə rəqibi ilə 0:0 bərabərə qalan millimiz bu görüşün əsas favoriti hesab olunurdu.

Lakin bu dəfə də Azərbaycan Lüksemburqla heç-heçə edib: 1-1.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə növbəti matçını sentyabrın 6-da səfərdə İsrailə qarşı keçirəcək.