Gürcüstanın Azərbaycan çempionatındakı oyunlarının vaxtı bəlli oldu

alt

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında çıxış edən Gürcüstan millisinin Bakıya növbəti səfərinin tarixi açıqlanıb.

Qafqazinfo” xəbər verir ki, çempionatda keçirdiyi 8 matçda cəmi 1 set qazanan qonşu ölkə təmsilçisi fevralın 24-də paytaxtımızda olacaq.

Həmin gündən başlayaraq təxirə salınan 4 oyununu keçirəcək gürcülər ardından yenidən vətənlərinə qayıdacaqlar.

Oyunların təqvimini təqdim edirik:

24 fevral
17:00. “Telekom” – Gürcüstan
Gənclik” Olimpiya Kompleksi

25 fevral
17:00. “Azərreyl” – Gürcüstan
“Azərreyl” Voleybol Mərkəzi

26 fevral
17:00. “Azəryol” – Gürcüstan
“Azərreyl” Voleybol Mərkəzi

27 fevral
12:00. “Lokomotiv” – Gürcüstan
“Azərreyl” Voleybol Mərkəzi