Dünya çempionatına xərclənəcək fantastik məbləğ - həftəyə 500 milyon
2022-ci il dünya çempionatına ev sahibliyi edəcək Qətər mundialın hazırlığına ümumilikdə 200 milyard ABŞ dolları xərcləyəcək.
Azərtac “The Guardian”a istinadla xəbər verir ki, bu vəsait nəhəng futbol turniri üçün nəzərdə tutulmuş obyektlərin tikintisinə, infrastrukturun və xəstəxanaların modernləşdirilməsinə, eləcə də nəqliyyat şəbəkəsinin inkişafına sərf ediləcək.
Qətər rəsmiləri dünya çempionatının hazırlıq prosesinə həftədə 500 milyon dollar xərcləyəcəklər.