“Qarabağ”ın qapıçısı qəza törətdi - 6 aylıq körpə öldü

alt

Tanınmış futbolçu, “Qarabağ”ın qapıçısı Emil Balayev qəza törədib.

Hadisə Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verib. Belə ki, qolkiper idarə etdiyi "BMW X5" markalı 10 0H 111 nömrəli avtomobil ilə "Mercedes" markalı avtomobili vurub. 

"Mercedes"də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsindən sonra Emil Balayev polis tərəfindən saxlanılıb-saxlanılmadığı bilinmir. 

Qeyd edək ki, Emil Balayev peşəkar karyerasına "Neftçi"də başlayıb. Daha sonra o, icarə əsasında "Sumqayıt" və "Mil Muğan"da çıxış edib. Balayev legioner həyatı yaşamağa da nail olub. 2015-ci ildə "Ayntraxt"a keçən futbolçu 1 il sonra Azərbaycana qayıdıb və "Qarabağ"la müqavilə imzalayıb. O, Azərbaycan milli komandasına da dəvət alıb. 

"Qarabağ"ın mətbuat xidməti məlumatı təsdiq edib.

"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində son oyununa çıxır. Qurban Qurbanovun komandası 1/16 finala adlamaq üçün italyanlarla oyunda sərfəli nəticə qazanmalıdır.