Azərbaycanlı idmançılar Dünya Karate Kuboku yarışlarında iştirak edəcəklər

Avqustun 10-dan 20-dək Yaponiyanın Miyaqi şəhərində Dünya Karate Kuboku yarışları keçiriləcəkdir.
 Azərbaycan Ənənəvi Karate-do Federasiyasından  bildirmişlər ki, yarışlarda ölkəmizi bu idman qurumun prezidenti Əhməd Hətəmovun başçılığı altında altı idmançıdan ibarət nümayəndə heyəti təmsil edəcəkdir.
Heyətdə Mehman Zeynalov, Fuad Əliyev, Orxan Heydərli, Süleyman Həsənov, Pənah Abdullayev və Firdovsi Fərzəliyev yer almışlar.
Qeyd edək ki, Azərbaycanlı arbitr Yusif Məmmədov yarışlarda hakimlik edəcəkdir.