AFFA-nın prezidenti “Qarabağ” komandasını təbrik etmişdir

Xəbər verildiyi kimi, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” komandası İsveçrənin “Gefle” kollektivini qəbul etmişdir. Oyun 1:0 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatmışdır.
Oyundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev paltardəyişmə otağına gələrək “Qarabağ” komandasının üzvlərini qələbə münasibətilə təbrik etmiş, futbolçulara UEFA Avropa Liqasında yeni qələbələr arzulamışdır.