FIFA dünyanın ən yaxşı futbol məşqçisi adına namizədlərin siyahısını açıqlayıb

FIFA cari ilin yekunlarına görə dünyanın ən yaxşı futbol məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.

AZƏRTAC FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, ali futbol qurumunun siyahısında Massimiliano Alleqri (“Yuventus”), Karlo Ançelotti (“Real”), Loran Blan (PSJ), Unai Emeri (“Sevilya”), Xosep Qvardiola (“Bavariya”), Luis Enrike (“Barselona”), Joze Mourinyo (“Çelsi”), Xorxe Sampaoli (Çili yığmasının baş məşqçisi), Dieqo Simeone (“Atletiko”) və Arsen Venqer (“Arsenal”) yer alıblar.

İlin ən yaxşı məşqçisinin adı gələn il yanvarın 11-də Sürixdə elan olunacaq.